"Zirə"nin müdafiəçisinin gələcək taleyinə aydınlıq gətirildi - RƏSMİ
"Zirə"də icarə əsasında çıxış edən Fuad Bayramovun gələcək taleyinə aydınlıq gətirilib.
Mediasport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası "Şamaxı"ya məxsus futbolçunun transfer hüququna birdəfəlik yiyələnib.
Paytaxt klubu icarə müqaviləsində yer alan bənddən yararlanaraq ötən mövsümdən "qartallar"ın formasını geyinən 25 yaşlı müdafiəçini heyətinə qatıb.
O, komanda ilə Premyer Liqada və Azərbaycan Kubokunda gümüş müfakatçı olub.