Millimizin keçmiş üzvü Rusiya klubu ilə 3 illik müqavilə bağladı
2022-ci ildə Azərbaycanın U-19 millisində 2 oyun keçirmiş Sadıq Bagiev Rusiyada klubunu dəyişib.
Mediasport.az xəbər verir ki, “Kuban Holdinq”dən ayrılan yarımümdafiəçi “SKA-Xabarovsk”a keçib.
20 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Xabarovsk təmsilçisi Rusiyanın 1-ci Liqasında mübarizə aparır və 9 turdan sonra 8 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.