"Rəqiblərimizdən birini tanımaq bizim üçün yaxşı üstünlükdür"
"Türkiyə ilə Azərbaycan arasında illərdir davam edən dostluq və qardaşlıq əbədidir. İnanıram ki, bu turnir ölkəmizdə qadın futbolunun səviyyəsini daha da yüksəldəcək".
Mediasport.az xəbər verir ki, bu sözləri Türkiyənin qadınlardan ibarət futbol millisinin baş məşqçisi Necla Güngör deyib.
Mütəxəssis AVRO-2025-in seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirib, rəqibləri olacaq Azərbaycan, İsveçrə və Macarıstan yığmaları barədə fikirlərini bölüşüb.
O, millimizi yaxşı tanıdıqlarını qeyd edib:
"Azərbaycanla çoxlu yoldaşlıq oyunları keçirmişik. Hər iki komanda bir-birini yaxşı tanıyır. Rəqiblərimizdən birini tanımaq bizim üçün yaxşı üstünlükdür. Qrupdakı bütün rəqibləri təhlil edəcəyik".
Qeyd edək ki, final mərhələsi İsveçrədə təşkil olunacaq seçmə mərhələ oyunları aprel-iyul aylarında keçiriləcək.