“Zirə” "Şerif"lə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib

“Zirə” "Şerif"lə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib

Azərbaycanı yeni mövsüm avrokuboklarda təmsil edəcək “Zirə” iştirak ərizəsini UEFA-ya göndərib.

Mediasport.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov siyahıya 22 oyunçunun adını daxil edib.

Qapıçılar: Anar Nəzirov, Tyaqo Silva, Səlim Həşimov;

Müdafiəçilər: Mutsinzi Ange, Ruan Renato, Stefan Aka, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Qismət Alıyev;

Yarımmüdafiəçilər: Eldar Quliyev, İsmayıl İbrahimli, Pyer Zebli, Martins Junior, Salifu Suma, Hacıağa Hacılı, Abbas İbrahim, Ceyhun Nuriyev, İssa Cibrilla;

Hücumçular: Rüstəm Əhmədzadə, Rafael Utziq, David Volkov.

Xatırladaq ki, qəsəbə təmsilçisi Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq.

İlk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq, cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena"da keçiriləcək.