"Zirə"də yeni baş məşqçi - RƏSMİ

"Zirə"də yeni baş məşqçi - RƏSMİ

"Zirə-2"nin yeni baş məşqçisi müəyyənləşib.

mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin əvəzedicilərini akademiyanın rəhbəri Zaur Həşimov çalışdıracaq.

42 yaşlı mütəxəssis bu vəzifəni mövsümün sonuna qədər bu vəzifəni icra edəcək. O, 2019/2020-ci illər mövsümündə "Zirə"nin əsas komandasının baş məşqçisi olub.

"Zirə-2" Birinci Divizionda geridə qalan 15 turdan sonra 16 xalla 11-ci pillədə qərarlaşıb. Lider "Araz-Naxçıvan"dan 19 xal geri qalırlar.