"Zirə"nin futbolçusunun atası meydana daxil olub hakimi...
AFFA İntizam Komitəsi “Zirə” klubuna futbolçusunun atasına görə xəbərdarlıq edib.
Mediasport.az xəbər verir ki, U-16 Liqasında baş tutan “Zirə” - “Mübariz” oyunu bitdikdən sonra meydan sahiblərinin futbolçusu Heydərəli Cavadlının valideyni meydana çıxaraq baş hakimi təhqir edib.
Futbolçu özü isə 88-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqədən sonra meydandan qovulduğu üçün 1 oyun cəza alıb.
U-16 Liqasında keçirilən daha bir görüşdə klub rəsmisinə 5 oyunluq cəza verilib. “Qarabağ” - ASTA matçında qonaqların rəsmisi Rüstəm Əliyev qarşılaşma bitdikdən sonra hakimlər briqadasını təhqir edib.
U-15 Liqasında isə rəqibi təhqir edərək meydandan qovulan “Turan Tovuz”un futbolçuları Nəsimi Alıyev və Məcid Abbasov 3 oyunluq cəzalandırılıb.