"Neftçi"də radikal İSLAHATLAR başlandı: Bu iki rəhbər şəxsin klubdan göndəriləcəyi DƏQİQLƏŞDİ
Yeni mövsümün planlarını cızan "Neftçi" növbəti dəfə radikal islahatların astanasındadır.
Mediasport.az saytına verilən məlumata görə, "ağ-qaralar"ın Müşahidə Şurası dəyişikliklərin "düymə"sini basıb.
Növbəti mövsümdən daha uğurlu nəticələr qazanmağı hədəf seçən MŞ-nın qərarı ilə iki rəhbər şəxsin klubdan göndərilməsi qərara alınıb.
Bunlar Baş icraçı direktor Fərrux Mahmudov və mətbuat katibi Emin Əfəndidir.
Yola salınacağı gözlənilən baş məşqçi Miodraq Bojoviçin barəsində son qərar isə mayın axırında veriləcək.
Qeyri-adi hadisə baş verməsə, hər iki şəxs mövsüm başa çatan kimi postunu tərk edəcək.
Fərrux Mahmudovun yenidən Azərbaycan Basketbol Federasiyasında fəaliyyət göstərəcəyi də məlumdur.