Milli komandamız İstanbulda Türkiyə yığmasına qalib gəlib

Milli komandamız İstanbulda Türkiyə yığmasına qalib gəlib

İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qalib gəlib.

Mediasport.az xəbər verir, ki, qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17-nin qollarını 81-ci dəqiqədə Ümid Səlimov, 89-cu dəqiqədə isə Emin Feyzullayev vurub.

Komandalar arasında növbəti görüş sentyabrın 12-də baş tutacaq.