Ən gənc heyətə sahib Avropa klubları: Fransızlar üstündürlər
Avropanın TOP-5 liqasında yaş ortalamasına əsasən, ən gənc heyətə malik komandaları adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, birinci pillədə "Tuluza" qərarlaşıb (Fransa Liqa 1, 23.6 yaş).
"İlk 3-lüy"ü "Çels" (İngiltərə Premyer Liqası, 23.7) və "Valensiya" (İspaniya La Liqası, 23.8). tamamlayır.
"Strasburq" (Fransa Liqa 1, 24) 4-cü, "Frosinone" isə 5-ci olub (İtaliya A Seriyası, 24.1).
"Loryan" (24.2), "Renn" (24.3), "Monako" (hamısı Fransa Liqa 1, 24.4), "Ştutqart" (Almaniya Bundesliqası, 24.5) və PSJ (Fransa Liqa 1, 24.6) müvafiq olaraq, 6-10-cu pillələri bölüşdürürlər.