"Zirə"yə qapımıza yaxınlaşmasına imkan vermədik" - REGEKAMPF

"Zirə"yə qapımıza yaxınlaşmasına imkan vermədik" - REGEKAMPF

"Oyuna çox yaxşı başladıq. Nə istədiyimizi ilk dəqiqələrdən göstərdik. Rəqibi təzyiq altında saxladıq, diqtə edən tərəf özümüz idik".

mediasport.az saytının Zirəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Premyer Liqanın 12-ci turunun "Zirə" ilə səfər oyunundan sonra "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumın mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri görüşü belə şərh edib:

Topu itirdikdən sonra onu geri qazanmağa çalışırdıq. Son iki oyunumuza baxsaq, çatışmayan cəhətlər elə bu idi. Futbolçulara dedim ki, qaçın, döyüşün, mübarizə aparın. Bilirik ki, oyunçularım keyfiyyətlidi və hər oyunda bunu etmək mümkündü. Üç xala görə uşaqları təbrik edirəm. Qələbə çox yaxşı anda gəldi. Bu cür də davam etməliyik. Amma yenidən Azər Əliyevi itirdik. Bu, bəxtsizlikdi, oa görə üzülürəm. Digər tərəfdən, Azər Salahlının qayıdışına sevinirəm. Oyuna başlamamışdan əvvəl Salahlını 75 dəqiqə oynatmaq fikrimiz yox idi. Durum bizdən bunu bunu tələb etdi. Vato Arveladze də komanda ilə birlikdədi, zədəsini sağaldıb, yaxşı oynadı.Növbəti oyuna hazırlaşmalıyıq. Komandanı daha güclü və hazır etməliyik.

Dediz ki, heyətdə olan futbolçuların hər oyun qələbə qazanmağa potensialı var. Bəs hər matç qalib gələ bilməməyinizin səbəbi nədi?

- Dediyim kimi, ilk etməli olduğumuz məqam çox qaçmaq, mübarizə aparmaq, komanda olmaqdı. Bunun üstünə də futbolçuların keyfiyyəti gəlir. Oyuna baxsaq, "Zirə"yə qapımıza yaxınlaşmasına imkan vermədik. Hücumda topu itirsək də, müdafiəçilər dərhal lazımı yerdə idilər. Bundan qabaqkı oyunlarda həmin çatışmazlıqlar var idi.

Elvin