Avropa çempionatı: Millimiz bolqarlardan 6 qol buraxıb
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci turu çərçivəsində B liqasının 2-ci qrupunda ilk oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Bolqarıstan yığması ilə qarşılaşan millimiz 1:6 hesabı ilə məğlub olub.
Yığmamızın heyətində yeganə qolu 25-ci dəqiqədə Xanım Əsədova vurub.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə növbəti oyununu 3 gün sonra – martın 17-i, saat 13:00-da Sloveniya komandasına qarşı keçirəcək.
Qrupda son rəqibimiz Moldova seçməsi olacaq.