Elmar Baxşıyevdən acı ETİRAF: "Rəqibimiz layiqli qələbə qazandı"

Elmar Baxşıyevdən acı ETİRAF: "Rəqibimiz layiqli qələbə qazandı"

"Qəbələ" Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Kiprdə “Omoniya”nın qonağı olub.

mediasport.az xəbər verir ki, bu matçda da məğlub olan (1:4) Elmar Baxşıyevin komandası avrokubokda mübarizəni dayandırıb.

43 yaşlı mütəxəssis görüşdən sonra məğlubiyyəti şərh edib:

“Ötən həftə keçirilən ilk oyunda komandamdan istədiyimi meydanda görürdüm. Həmin qarşılaşmada daha çox üstün olan tərəf biz idik. Amma bu gün “Omoniya” üstün futbol nümayiş etdirdi. Rəqib layiqli qələbə qazandı. Biz yeni komandayıq. İnanıram ki, oyunlar getdikcə komandamız iddiasını göstərəcək və yenidən qüvvəsini Konfrans Liqasında sınayacaq. Rəqibə uğurlar arzulayıram”.

Qeyd edək ki, bölgə təmsilçisi Nikosiya klubuna ötən həftə evdə baş tutan dueldə 2:3 hesabı ilə uduzmuşdu.