Zümrüd Ağayeva AÇ-nin Moldova - İsveç görüşündə iş başında olacaq
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Moldova - İsveç qarşılaşmasında UEFA nümayəndəsi olacaq.
Matç 10 sentyabr, Bakı vaxtı ilə 17:00-da Moldovanın Nisporeni şəhərinin eyniadlı stadionunda keçiriləcək.