"Sabah"dan tarixi qələbə
Avrokuboklarda debüt edən "Sabah" klubu tarixi uğura imza atıb.
MediaSport.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi Masazır təmsilçisi Avropa Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəyə Latviyada başlayıb.
Yurmala şəhərində yerli RFS klbunun qapısından 2 cavabsız top keçirən təmsilçimiz debütünü tarixi qələbə ilə qeyd etməklə yanaşı, cavab görüşü öncəsi də böyük üstünlüyə yiyələnib.
Avropa Konfrans Liqası. II təsnifat mərhələsi. İlk oyun
RFS (Latviya) - "Sabah" 0:2
Qollar: Boyan Letiç 21, Davit Volkov, 55.
Baş hakim: Yan Maxalek (Çexiya)
RFŞ: 1. Pavels Steynbors, 11. Robert Savayniks, 23. Herdi Prenqa, 43. Jiqa Lipuşak, 25. Petr Mores, 27. Adam Marlev, 26. Stefan Paniç, 7. İsmael Diomande, 10. Emerson, 17. Sedrik Kauido, 19. Andrey İliç
Baş məşqçi: Viktors Morozs.
"Sabah": 1. Yusif İmanov, 44. Sofyan Çakla, 3. Con İrasabal, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 15. Kristian da Silva, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 18. Davit Volkov, 77. Namik Ələskərov.
Baş məşqçi: Murad Musayev.