"Neftçi" səfərdə qalib gəlib, "Sabah" yenə qələbə qazana bilməyib

 "Neftçi" səfərdə qalib gəlib, "Sabah" yenə qələbə qazana bilməyib

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları davam etdirilib.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç baş tutub.

Günün ilk görüşü bölgədə - Tovuzda keçirilib. Kifayət qədər maraqlı və gərgin keçən dueldə qələbə topu sona 3 dəqiqə qalmış vurulub.

Paytaxtdakı qarşılaşmada isə “Səbail” “Sabah”la üz-üzə gəlib. Büdcə və imkanlarına görə "Qarabağ" və "Neftçi" ilə müqayisə olunacaq "Sabah" növbəti dəfə qələbə qazana bilməyib.

Turun “Qarabağ” - “Sumqayıt” dueli 5:0 hesabı ilə başa çatıb, qalan matçlar sabah onanılacaq.


Azərbaycan Premyer Liqası. 8-ci tur


“Turan Tovuz” - “Neftçi” 0:1

Qol: Aaron Olanare, 87.

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev

Tovuz şəhər stadionu, 16:00

“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 60. Səbayıl Bağırov, 80. Otto Con, 11. Ayxan Quseynov, 79. Martin Petkov.

Baş məşqçi: Ayxan Abbasov.

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 6. Dieqo Valdez, 25. Aaron Olanare.

Baş məşqçi: Adrian Mutu.


“Səbail” - “Sabah” 2:2

Qollar: Yusif Nəbiyev, 28, Adi Mehremiç, 87 - Emmanuel Apeh, 41 (pen), Anatoli Nuriyev, 83

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov

“ASCO Arena”, 18:00.

“Səbail”: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 44. Yadin Luqasi.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 99. David Qomis.

Baş məşqçi: Şahin Diniyev.

“Sabah”: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vinsent Til.

Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 75. Emil Həbibov,, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 18. Davit Volkov, 70. Cesse Sekidika, 27. Jarl Marqarita.

Baş məşqçi: Murad Musayev.

1 Zirə 7 5 1 1 7-3 16
2 Qarabağ 8 5 1 2 16-6 16
3 Səbail 8 4 2 2 14-11 14
4 Neftçi 8 3 3 2 7-5 12
5 Turan Tovuz 8 3 2 3 11-9 11
6 Araz-Naxçıvan 7 3 1 3 7-8 10
7 Sumqayıt 7 2 2 3 7-10 8
8 Sabah 7 1 3 3 10-11 6
9 Kəpəz 7 1 2 4 5-11 5
10 Qəbələ 7 1 1 5 5-15 4


Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 5 qol

Aleksandr Ramalinqom ("Səbail") - 4 qol

Abdullah Zubir ("Qarabağ") - 3 qol

Orxan Əliyev ("Araz-Naxçıvan") - 3 qol

Martin Petkov ("Turan Tovuz") - 3 qol

Belajdi Pusi ("Turan Tovuz") - 3 qol

Osama Xalayla ("Qəbələ") - 3 qol

Yusif Nəbiyev ("Səbail") - 3 qol

Hamidu Keyta ("Qarabağ") - 3 qol