Cavid Hüseynov Premyer Liqa klubunda? - TƏKLİF GƏLDİ

Cavid Hüseynov Premyer Liqa klubunda? - TƏKLİF GƏLDİ

Futbol üzrə Azərbaycan 1-ci Liqasına vəsiqə qazanan "Cəbrayıl"In baş məşqçisi Cavid Hüseynov "Turan Tovuz"dan təklif alıb.

Mediasport.az saytına verilən məlumata görə, qərb təmsilçisi gənc mütəxəssisi kluba köməkçi-məşqçi qismində dəvət edib.

Ötən il Premyer Liqada "Şamaxı"nı çalışdırmış Hüseynova tovuzluların yeni baş məşqçisi Qurban Berdıyevin yardımçısı vəzifəsi təklif olunub.

Bugünlərdə "Turan Tovuz"la rəsmi müqavilə bağlayacaq məşhur tatar Ruslan Abışovdan sonra, Cavidin də köməkçi-məşqçi olmasına isti yanaşıb.

Geridə qalan mövsüm "Cəbrayıl"ı 2-ci Liqadan bir üst liqaya daşıyan Hüseynov düşünmək üçün bir neçə gün vaxt istəyib.