Azərbaycan Premyer Liqasında püşkatmanın tarixi açıqlandı

Azərbaycan Premyer Liqasında püşkatmanın tarixi açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, mərasim iyulun 16-da AFFA-nın inzibati binasında baş tutacaq.

Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək.