2022-ci il üzrə dünyanın ən yaxşı baş məşqçisinin adı açıqlandı

2022-ci il üzrə dünyanın ən yaxşı baş məşqçisinin adı açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı baş məşqçisini açıqlayıb.

mediasport.az xəbər verir ki, bu ada Argentina millisini Dünya çempionu edən Lionel Skaloni layiq görülüb.

45 yaşlı mütəxəssis 240 xalla bütün rəqiblərini geridə qoyub. Fransa yığmasının baş məşqçisi Didye Deşam 45 xalla ikinci olub. İlk “3-lüy”ü 30 xalla Mərakeş seçməsinin çalışdırıcısı Valid Reqragi tamamlayıb. Bununla da tarixdə ilk dəfə Afrika təmsilçisinin baş məşqçisi ilk “üçlük"də yer alıb.