Türkiyə milli komandasının baş məşqçisi istefaya göndərilib
2021-ci ildən futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi olan Ştefan Kunts istefaya göndərilib.
Mediasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qurum 60 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını açıqlayıb.
Qeyd edək ki, "ay-ulduzlular" son olaraq sentyabrın 8-də AVRO-2024-ün seçmə mərhələsində Ermənistan yığması ilə doğma meydanda bərabərə qalıblar, ardınca yoxlama matçında Yaponiyaya 2:4 hesabı ilə məğlub olublar.
Almaniyalı mütəxəssisin yerinə italyan Vinçenso Montellanın təyin olunacağı gözlənilir.