Afrika Millətlər Kuboku yarışında finalçı komandalar müəyyənləşib

 Afrika Millətlər Kuboku yarışında finalçı komandalar müəyyənləşib

Fil Dişi Sahili Respublikasında keçirilən Afrika Millətlər Kuboku yarışında finalçılar müəyyənləşib

Mediasport.az xəbər verir ki, meydan sahiblərinin komandası qızıl medallar uğrunda görüşdə Nigeriya yığması ilə qarşılaşacaq.

Kot-d'İvuar yarımfinalda Konqo Demokratik Respublikasına (1:0), Nigeriya isə Cənubi Afrika Respublikasına 1:1 hesabı ilə yekunlaşan matçın penaltilər seriyasında qalib gəlib - 4:2.

3-cü yer uğrunda duel fevralın 10-da, final qarşılaşması fevralın 11-də baş tutacaq.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun san qalibi Seneqal milli komandası olub.