31 yaşında millidən getdi
Tunis millisinin hücumçusu Vəhbi Xəzri yığma karyerasını başa vurub.
mediasport.az xəbər verir ki, DÇ-2022-nin final mərhələsinin Fransa yığmasını məğlub etdikləri (1:0) görüşdə qələbə qolunu vuran 31 yaşlı forvard əsas diqqəti klub karyerasına yönəldəcəyini bildirib.
"Monpelye"nin üzvü 9 il (2013-2022) şərəfini qoruduğu yığmada 74 oyun keçirib, 25 qol vurub. O, “Bastiya”, “Bordo”, “Sanderlend”, “Renn” və “Sent-Etyen”in də formasını geyinib.