AVRO-2024: VAR yalnız bu halda qarşılaşmalara müdaxilə edəcək
UEFA bu ilin yayında Almaniyada keçiriləcək AVRO-2024-də iştirak edəcək yığmaların nümayəndələri, məşqçiləri üçün seminar təşkil edib.
Mediasport.az xəbər verir ki, toplantıda VAR hakimlərinin oyunlara müdaxiləsinin mümkün qədər məhdudlaşdırılacağı bildirilib.
UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti yalnız ciddi səhv aşkarlanarsa, VAR-ın qarşılaşmaya müdaxilə edə biləcəyini vurğulayıb.
AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada baş tutacaq.