TOP klubların "yoluxduğu virus"
Avropanın TOP klubları müxtəlif dönəmlərdə ardıcıl 4 dəfə meydandan məğlubiyyətlə ayrılıblar.
Mediasport.az xəbər verir ki, bu aqibəti cari mövsüm son İngiltərə çempionu "Mançester Siti" də yaşayıb.
Siyahıda yalnız "köhnə qitə"nin TOP-5 liqaları arasında İtaliya A Seriyasının təmsilçiləri yer almayıb.
Xatırladaq ki, sıralamada cari mövsüm Avropa Liqasının əsas mərhələsində "Qarabağ"ı məğlub edən "Tottenhem" də (0:3) var.
Müxtəlif mövsümlərdə ardıcıl 4 dəfə məğlub olan Avropa klubları
1. "Barselona" - 2000-ci ilin apreli (1999/2000 mövsümü)
2. PSJ - 2000-ci ilin dekabrı (2000/2001 mövsümü)
3. "Real" - 2009-cu ilin mayı (2008/2009 mövsümü)
4. "Liverpul" - 2014-cü ilin noyabrı (2014/2015 mövsümü)
5. "Bayern" - 2015-ci ilin mayı (2014/2015 mövsümü)
6. "Mançester Yunayted" - 2015-ci ilin dekabrı (2015/2016 mövsümü)
7. "Arsenal" - 2018-ci ilin martı (2017/2018 mövsümü)
8. "Çelsi" - 2023-cü ilin apreli (2022/2023 mövsümü)
9. "Tottenhem" - 2024-cü ilin mayı (2023/2024 mövsümü)
10. "Mançester Siti" - 2024-cü ilin noyabrı (2024/2025 mövsümü)