"Qəbələ" 6 futbolçusu ilə müqaviləni artırmadı - RƏSMİ

"Qəbələ" 6 futbolçusu ilə müqaviləni artırmadı - RƏSMİ

"Qəbələ" 6 futbolçu ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti paylaşım edib.

Müdafiəçi Lukas Afriko, yarımmüdafiəçilər Ahmed Ayzaya, Əyyub Allaş, Klesio Bauk, Yaovi Akakpo və hücumçu Osama Xalayla ilə müddəti 2023/2024 mövsümünün sonunda başa çatan müqavilələr yenilənməyib.