Azərbaycan klublarından ən yaxşı göstərici "Qarabağ"dadır - REYTİNQ

Azərbaycan klublarından ən yaxşı göstərici "Qarabağ"dadır - REYTİNQ

UEFA klubların yeni dünya reytinqini açıqlayıb.

Mediasport.az xəbər verir ki, 421 komandanın yer aldığı siyahıda Azərbaycanın 4 təmsilçisi var.

Yeni sıralamaya əsasən, "Qarabağ" 60-cı, "Neftçi" 145-ci, "Qəbələ" 278-ci, "Sabah" isə 317-ci pillədə qərarlaşıb.

Zirvədə ili 5 kubokla başa vuran İngiltərə təmsilçisi "Mançester Siti" yer alıb.

"Bayern" ikinci, Madrid "Real"ı üçüncü olub.