“Qarabağ” elə rəqibdir ki, onları qiymətləndirməmək olmaz"
"Artıq bir dəfə Bakıya uçmuşuq və bilirik ki, orada oynamaq asan olmayacaq. Keçən dəfə saat fərqini yaxşı idarə etdik".
Mediasport.az xəbər verir ki, bu sözləri Almaniyanın "Bayer" klubunun vitse-kapitanı Conatan Ta deyib.
Leverkuzen təmsilçisinin liderlərindən olan müdafiəçi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində bu gün Bakıda qarşılaşacaqları "Qarabağ"la matç barədə Almaniya mətbuatına açıqlama verib.
Almaniya millisinin 28 yaşlı üzvü qrup mərhələsində baş tutan görüşləri xatırladıb, Ağdam klubunu ciddi qəbul etdiklərini vurğulayıb:
“Qarabağ” elə rəqibdir ki, onları qiymətləndirməmək olmaz. Bəli, ola bilər ki, məşhur komanda deyil. Amma ciddi olmalıyıq. Yaxşı ki, onlarla oynamaq təcrübəmiz var".
Bu axşam Tofiq Bəhramov adına Respbulika stadionunda keçiriləcək matç saat 21:45-də başlanacaq.