"Məncə, öz oyunumuzu oynasaq, mərhələni keçəcəyik" - Velko Simiç
"Zirə" bu gün UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində "Omoniya" ilə qarşılaşacaq.
Mediasport.az xəbər verir ki, Kipr təmsilçisinin futbolçusu Velko Simiç matçla fikirlərini bölüşüb:
"Bu mərhələyə qədər inamla irəliləmişik. Liqa mərhələsinin bir addımlığındayıq. Bizim üçün önəmli gündür. "Zirə" keyfiyyətli komandadır. Oyunun çətin keçəcəyini gözləyirəm. Məncə, öz oyunumuzu oynasaq, mərhələni keçəcəyik".
Serbiyalı vinger müxtəlif mövqelərdə oynaya biləcəyini vurğulayıb:
"Həqiqətən, komandam üçün ən yaxşısını etməyə çalışıram. Baş məşqçi hansı mövqedə oynatsa, mübarizə apara bilərəm. Azarkeşlərimizin əməyimi dəyərləndirməsi məni şad edir".
29 yaşlı futbolçu heyətdəki futbolçulardan da söz açıb:
"İstedadlı gənc oyunçulara sahibik. Heyətdə ötən mövsümdən bu yana təcrübəli futbolçular da var. Bütün turnirlərdə mübarizə aparmaq gücünə sahibik. Azarkeşlərimiz həmişə bizim üçün önəmli rol oynayırlar".