"Qəbələ"dən ayrılan futbolçu Azərbaycan Premyer Liqasında

"Qəbələ"dən ayrılan futbolçu Azərbaycan Premyer Liqasında

Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Mediasport.az xəbər verir ki, Gəncə təmsilçisi "Qəbələ"dən ayrılan İlkin Qırtımovla müqavilə bağlayıb.

34 yaşlı müdafiəçi ilə anlaşma bir mövsümlük nəzərdə tutulub.

Qırtımovun son iki ildə forma geyindiyi Qəbələ klubu Premyer Liqada yerini qoruya bilməyərək 1-ci Liqaya düşüb.