AÇIQLANDI: Bu futbolçu "Frayburq"la matçda oynaya bilməyəcək
Premyer Liqanın 12-ci turunun "Şamaxı" ilə səfər oyununda zədələnən "Qarabağ"ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.
mediasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi MRT müayinəsindən keçib.
Xorvatiyalının diz yan bağlarında dartılma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Komandanın digər yarımmüdafiəçisi - Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq” ilə matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq.