Novruz Əzimov Moldova klubuna xal qazandıra bilməyəcək?
Moldova çempionatında 9-cu tura yekun vurulub. MediaSport.az xəbər verir ki, Novruz Əzimovun baş məşqçisi olduğu “Dinamo-Avto” növbəti oyununu səfərdə keçirib.
“Zimbru”nun qonağı olan Tiraspol təmsilçisi növbəti dəfə xal qazana bilməyib - 1:2. Turnir cədvəlinin sonuncusu olan "Dinamo-Avto" 9 turdan sonra xalsız yeganə komandadır.