Ramil Şeydayev Türkiyədə legioner kimi oynamayacaq - AÇIQLAMA
“Ramil Şeydayev Türkiyədə legioner sayılmayacaq. O, “Kocaelispor”da Azərbaycan pasportu ilə oynayacaq”.
Bu sözləri Mediasport.az saytına açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli deyib.
Qurum rəsmisi Ramilin Türkiyə klubunda Azərbaycan vətəndaşı kimi oynayacağını bildirib:
“Şeydayev orada azərbaycanlı kimi çıxış edəcək. Yəqin ki, “Transfer Matching System”də (TMS) Rusiya vətəndaşı kimi qaldığı üçün klubu Türkiyə Futbol Federasiyasına onu Rusiya vətəndaşı kimi sifariş edib. AFFA-nın baş inzibatçısı İslam Abbasovun vasitəçiliyi ilə Ramillə əlaqə saxladıq. Özü də bildirdi ki, “Kocaelispor”da Azərbaycan pasportu ilə oynayacaq".
Qeyd edək ki, Ramil Şeydayev 1-ci Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.