AFFA-dan yeni müqavilə - "Dalğa Arena" stadionunun adı dəyişdirilib

AFFA-dan yeni müqavilə - "Dalğa Arena" stadionunun adı dəyişdirilib

AFFA və “Liv Bona Dea Hospital” arasında sponsorluq müqaviləsi imzalanıb

Mediasport.az xəbər verir ki, müqaviləni AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek imzalayıb.

Sponsorluq müqaviləsinə əsasən, “Dalğa Arena” bundan sonra 4 il ərzində “Liv Bona Dea Arena” adlandırılacaq. Həmçinin, Azərbaycan Premyer Liqası oyunlarında “Liv Bona Dea Hospital” tərəfindən tibbi dəstək veriləcək.

AFFA-nın prezidenti R.Abdullayev tədbir iştirakçılarına Azərbaycan futbol ailəsinə olan marağın sevindirici hal olduğunu deyib. “Liv Bona Dea Hospital” rəhbərliyinə ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə minnətdarlıq edib. 

“Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek futbolun həm Türkiyədə həm də Azərbaycanda sevilən idman növü olduğunu söyləyib.

Ölkə futbolunun inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən T.Özbek hospital olaraq sosial məsuliyyət çərçivəsində futbola yatırım etməkdən məmnunluq hissi duyduqlarını qeyd edib.