Millimiz tarixində ilk dəfə makedoniyalılara qalib gəldi

Millimiz tarixində ilk dəfə makedoniyalılara qalib gəldi

Mlli komandamız Beynəlxalq Yoldaşlıq Oyunu çərçivəsində Şimali Makedoniya yığması ilə qarşılaşıb.

mediasport.az xəbər verir ki, 4 oyundur ardıcıl qələbə qazanan millimiz Skopyedə meydan sahiblərini də məğlub edərək uğurlu seriyanın davamını gətirib.

Canni De Byazinin komandası bununla da tarixdə ilk dəfə, öz də səfərdə Şimali Makedoniyadan üstün olub. Bu, əsas millilər çərçivəsində 8-ci qarşıdurma idi. 2019-cu ilə qədər Makedoniya Respublikası adlanan ölkə ilə keçirdiyimiz 7 görüşün heç birində qələbə qazana bilməmişdik. Duellərin 5-i yoldaşlıq, 2-si rəsmi - DÇ-nin seçmə mərhələsində reallaşıb. Rəqiblər yalnız 2 dəfə heç-heçə etmişik. Qalan 5 oyunda uduzan Azərbaycan millisi bu qarşılaşmalarda ümumilikdə 5 qol vurub, qapısından 14 top buraxmışdı.

Qarşılaşma başqa ilklərlə də əlamətdar olub. Musa Qurbanlı və Elvin Cəfərquliyev yığmanın heyətində ilk qolunu vurub.


Beynəlxalq Yoldaşlıq Oyunu

Makedoniya - Azərbaycan 1:3

Qollar: Enis Bardi (p) 25 - Elvin Cəfərquliyev 38, Musa Qurbanlı 65, Ramil Şeydayev 88

Qırmızı vərəqələr: Nikolov 52 - Höccət Haqverdi 75

Şimali Makedoniya: Damyan Şişkovski, Stefan Ristovski (k), Nikola Serafimov, Stefan Aşkovski, Visar Musliu, Enis Bardi, Boban Nikolov, David Babunkski, Lupçe Doriyev, İliya Nesterovski, Elif Elmas

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Bəxtiyar Həsənalızadə, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Elvin Cəfərquliyev, Riçard Almeyda, Emin Mahmudov (k), Aleksey İsayev, Ozancan Kökçü, Ramil Şeydayev, Musa Qurbanlı

Baş hakim: Enea Yorqji (Albaniya)

Yan xətt hakimləri: İlir Tartaray, Doyando Miftari (Albaniya)

Dördüncü hakim: Yovan Kaçevski (Şimali Makedoniya)

Skopye. “Todor Proeski Milli Arena”sı. 17:00


Makedoniya ilə indiyədək keçirdiyimiz oyunlar

1.27.07.2000 Makedoniya – Azərbaycan 2:1 YO, Varna şəhəri

2.06.10.2000 Makedoniya – Azərbaycan 3:0 DÇSO, Skopye

3.05.09.2001 Azərbaycan – Makedoniya 1:1 DÇSO, Bakı

4.29.05.2010 Azərbaycan – Makedoniya 1:3 YO, Avstriya

5.10.08.2011 Azərbaycan – Makedoniya 0:1 YO, Bakı

6.29.05.2016 Azərbaycan – Makedoniya 1:3 YO, Zvadorf, Avstriya

7.27.03.2018 Azərbaycan – Makedoniya 1:1 YO, Antalya, Türkiyə