AFFA Gənclər Liqası və U-17 Liqasının yeni mövsüm üçün püşkü atıldı
AFFA-nın inzibati binasında 2023/2024-cü illər mövsümü üçün AFFA Gənclər Liqası və AFFA U-17 Liqasının püşkü atılıb.
mediasport.az xəbər verir ki, püşkatma mərasimində AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə, Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə və klub nümayəndələri iştirak ediblər.
AFFA Gənclər Liqasında 11 komanda mübarizə aparacaq və yarış üç dövrədən ibarət olacaq. Üçüncü dövrə ilk dövrənin təkrarı olacaq.
I turun təqvimi: 19-20 avqust
“Səbail” PFK – “Neftçi” PFK
“Qarabağ” FK – “Zirə” PFK
“Sabah” FK – İCBFA
“Araz-Naxçıvan” PFK – “Qəbələ” İK
“Kəpəz” PFK – “Turan Tovuz” PFK
“Sumqayıt” bu tur istirahət edəcək.
14 komandanın mübarizə aparacağı AFFA U-17 Liqası da üç dövrədən ibarət olacaq. Üçüncü dövrə ikinci dövrənin təkrarı olacaq. Birinci turun oyunları 26-27 avqust tarixlərində keçiriləcək.
I turun təqvimi: 26-27 avqust
“Sumqayıt” FK – EFA
“Zirə” PFK – “Turan Tovuz” PFK
“Neftçi” İK İB – İCBFA
“Sabah” FK – “Universal” FA
“Səbail” PFK – “Qarabağ” FK
“Neftçi” PFK – “Kəpəz” PFK
“Qəbələ” İK – “Araz-Naxçıvan” PFK.