AFFA-da FÖVQƏLADƏ TOPLANTI - De Byazi ilə bağlı qərar veriləcək
AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
Mediasport.az AFFA-ya istinadən xəbər verir ki, noyabrın 22-də qurumun inzibati binasında təşkil olunacaq yığıncaq saat 10:00-da başlanacaq.
İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı dinləniləcək, italiyalı mütəxəssislə müqavilə müddətinin artırlıb-artırılmama məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, 2020-ci ilin avqustundan yığmaya başçılıq edən 67 yaşlı çalışdırıcının AFFA ilə sözləşməsinin müddəti bu ayın sonunda başa çatacaq.