Coşqunun oynamadığı matçda klubu 3 xala sevinib - VİDEO
Türkiyə 1-ci Liqasında 17-ci turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" evdə Giresun təmsilçisini məğlub edib.
"Ümraniyəspor" hazırda yarışın turnir cədvəlində 22 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, milli komandamızın üzvü vərəqə cəzalısı olduğu üçün bu mu matçda komandasına kömək edə bilməyib.
Türkiyə 1-ci Liqası. 17-ci tur
"Ümraniyəspor" - "Girəsunspor" 2:1