"Razılığa gəldiyimiz futbolçular var, müqavilə bağlayacağıq" - AÇIQLAMA
"Laurentsiu Regekampfla bağlı bizə hər hansı bir müraciət daxil olmayıb".
Bu sözləri mediasport.az saytına açıqlamasında "Neftçi"nin Media və Marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyev deyib.
Komandanın yay toplanışının bugünlərdə açıqlanacağını bildirən klub rəsmisi transfer çalışmalarının davam etdiyini, bir neçə oyunçu ilə anlaşdıqlarını bildirib:
- Razılığa gəldiyimiz futbolçular var, yaxın günlərdə onlarla müqavilə bağlayacağıq. Bir neçə futbolçu da var ki, danışıqlarımız artıq yekunlaşmaq üzrədir. Tam rəsmiləşmədiyi üçün ad çəkmək uyğun sayılmaz.