Yığma komandamızın futbolçusu 2-ci Liqa klubuna yardım edib
Azərbaycan yığması və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə doğma rayonu İmişlinin 2-ci Liqadakı təmsilçisi “Kür-Araz” komandasına köməklik göstərib.
Mediasport.az xəbər verir ki, bu barədə məlumatı Aran klubunun instaqram səhifəsi paylaşıb.
Qeyd edilib ki, 26 yaşlı futbolçu rayonunun komandasına buts və qapıçı əlcəyi hədiyyə edib.
Bildirək ki, Bəhlulun atası Ələmdar Mustafayev “Kür-Araz”ın baş məşqçisidir.
İmişli təmsilçisi 7 turdan sonra 9 xalla turnir cədvəlində 14 komanda arasında 9-cu pillədə qərarlaşıb.