AFFA jurnalistlər üçün "Kəpəz"in akademiyasına tur təşkil edib

 AFFA jurnalistlər üçün "Kəpəz"in akademiyasına tur təşkil edib

AFFA idman jurnalistləri üçün "Kəpəz"in yeni istifadəyə verilən akademiyasına media tur təşkil edib.

Mediasport.az xəbər verir ki, tur çərçivəsində “Kəpəz” klubunun nəzdində FİFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunmuş Məşq Mərkəzi və Futbol Akademiyası ilə tanışlıq baş tutub.

Üç mərtəbədən ibarət olan akademiyada ümumilikdə 96 nəfərin qalması üçün şərait yaradılıb.

Mərkəzdə əsas komanda ilə yanaşı, aşağı yaş qrupları üçün də yüksək imkanlar mövcuddur.

Əsas komanda üçün 44 nəfərlik 16 otaq, 1 restoran, 1 mətbəx, fitnes, sauna, 4 paltardəyişmə otağı, tibb otaqları, iclas otağı, "Kəpəz" klubunun əməkdaşları üçün ofis, inzibati heyət üçün otaqlar, istirahət otağı, camaşırxana, texniki və xidməti otaqlardan ibarətdir.

Aşağı qrupları üçün 8 otaq nəzərdə tutulub. Bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub.

Qeyd edək ki, akademiya və məşq mərkəzi artıq klub üzvlərinin istifadəsinə verilib.