"Şamaxı"nın daha bir futbolçusu Premyer Liqada çıxış edəcək - RƏSMİ

"Şamaxı"nın daha bir futbolçusu Premyer Liqada çıxış edəcək - RƏSMİ

Yay hazırlıqlarını davam etdirən “Səbail” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

MediaSport.az xəbər verir ki, Bayıl klubu Birinci Diviziona düşən “Şamaxı”nın yarımmüdafiəçisi Bahadur Həziyevlə 1 illik müqavilə imzalayıb.

24 yaşlı futbolçu 2020/2021-ci illər mövsümündə də “Səbail”in formasını geyinib.

“Dənizçilər” yay fasiləsində buna qədər Yusif Nəbiyev ("Kəpəz"), Süleyman Əhmədov, Rüfət Abdullazadə (hər ikisi "Sumqayıt"), Səlahət Ağayev ("Qəbələ") və Coşqun Diniyevi ("Zirə") transfer ediblər.