AFFA-nın əməkdaşı Bəhram Dadaşov UEFA-dan sertifikat alıb

AFFA-nın əməkdaşı Bəhram Dadaşov UEFA-dan sertifikat alıb

UEFA AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin maliyyə meyarları üzrə meneceri Bəhram Dadaşovu təltif edib.

Mediasport.az xəbər verir ki, o, Niderlandın paytaxtı Amsterdamda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda keçirilmiş seminarında sertifikat alıb.

Qeyd edək ki, seminar zamanı Niderlandda lisenziyalaşdırma sisteminin inkişafı, klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı qaydalarında yeniliklər, lisenziar olan milli assosiasiyaların sertifikasiyası, UEFA lisenziyalaşdırma üzrə illik hesabatı, lisenziar və lisenziya iddiaçısı arasında kommunikasiyalar, UEFA-nın milli assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı, qadın futbolu, klubların lisenziyalaşdırılması və başqa məsələlər müzakirə olunub.