"Neftçi" Bojoviçi də göndərəcək!
“Neftçi” yayda baş məşqçi Miodraq Bojoviçlə anlaşmanı uzatmayacaq.
Mediasport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
2023-cü ilin sonunda paytaxt klubuna gətirilən monteneqrolu mütəxəssis ümidləri doğrultmur.
Rumıniyalı Adrian Mutunu əvəz edən Bojoviçin rəhbərliyi altında komandanın oyunu və nəticələrində ciddi fərq yoxdur.
Qeyd edilib ki, 56 yaşlı mütəxəssisin taleyi Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”la görüşlərdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, "ağ-qaralar" Bojoviçin baş məşqçiliyi ilə Premyer Liqada 10 oyunda 4 qələbə qazanıb, 3 dəfə heç-heçə edib, 3 dəfə uduzub.
"Neftçi" montenqrolu ilə ölkə kubokunda 1 görüşdə qalib gəlib, 1-də heç-heçə oynayıb.
Paytaxt klubu onunla 6 ay+1 illik müqavilə bağlayıb və açıqlama verilib ki, fəaliyyəti rəhbərliyi qane etsə, əməkdaşlıq uzadılacaq.