AFFA prezidenti Rövşən Nəcəf "Zirə" Futbol Klubunu təbrik etdi

AFFA prezidenti Rövşən Nəcəf "Zirə" Futbol Klubunu təbrik etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf "Zirə" Futbol Klubunu təbrik edib.

Mediasport.az xəbər verir ki, qurumun rəhbəri ürək sözlərini sosial şəbəkə hesablarında paylaşıb.

"Zirə" futbol klubunu tarixində ilk dəfə UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edir, təmsilçimizə qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm. Əzmkar mübarizəyə baxmayaraq, turnirlə vidalaşan "Sabah" klubuna isə gələcək oyunlarda uğurlar arzu edirəm".

Qeyd edək ki, "Zirə" III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubunu penaltilər seriyasında məğlub edərəl Konfrans Liqasının pley-offuna yüksəlib.