PFL Premyer Liqaya sponsorluqla bağlı 2 şirkətlə danışıqlar aparır
Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümü üçün sponsoru hələlik müəyyənləşməyib.
MediaSport.az xəbər verir ki, yarışlara cavabdeh təşkilatçı Peşəkar Futbol Liqası (PFL) bu istiqamətdə 2 şirkətlə danışıq aparır.
Qurumun vitse-prezidenti Aslan Şahgəldiyev qarşıdakı günlərdə məsələnin həll olunacağını bildirib: “Çempionatın adı ilə bağlı iki şirkətlə danışıqlar davam edir”.
Qeyd edək ki, Azərbaycan çempionatı avqustun 5-də start götürəcək.