AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik etdi

AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik etdi

Sabah Azərbaycanın əməkdar məşqçisi, “Şöhrət” ordeni laureatı, hazırda fəaliyyətini AFFA-nın Məşqçilər Komitəsinin üzvü olaraq davam etdirən Ağasəlim Mircavadovun 75 yaşı tamam olur.

mediasport.az xəbər verir ki, AFFA-nın baş katibi Sərxan Hacıyev bu münasibətlə federasiyada yubilyarla görüşüb.

Qurum rəsmisi AFFA rəhbərliyi adından əlamətdar yubiley münasibətilə Ağasəlim Mircavadovu təbrik edib, ona xoş arzularını çatdırıb. Ağasəlim Mircavadov təbrikə və səmimi sözlərə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.