AFFA Bakıda seminar keçirir

AFFA Bakıda seminar keçirir

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə “Self Evaluation Workshops” seminarına start verilib.

Mediasport.az xəbər verir ki, açılış mərasimində Bakıda səfərdə olan UEFA nümayəndələri Helen Kroft, Ceff Devis və Diana Bulqaru AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşüblər.

Görüş zamanı Azərbaycanda kütləvi futbolun mövcud vəziyyəti barədə müvafiq müzakirələr aparılıb. Daha sonra UEFA nümayəndələrinin başçılığı ilə AFFA-nın müvafiq bölmələrinin əməkdaşları ilə seminar keçirilib.

Seminarın ilk günündə “Futbolda Sosial Məsuliyyət”, “Aşağı yaş qruplarında oyun formaları”, “Futzalın kütləvi futbolda rolu” və digər mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, seminar 3 gün davam edəcək.