Aleks de Souza Türkiyə klubu ilə 2 illik müqavilə bağladı - RƏSMİ
“Fənərbağça”nın əfsanəvi futbolçusu olmuş Aleks de Souza Türkiyənin “Antalyaspor” klubunun baş məşqçisi təyin edilib.
Mediasport.az xəbər verir ki, Braziliya millisinin eks üzvü Superliqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.
47 yaşlı mütəxəssisin Antalya klubunda köməkçiləri Joau Paulu, Ze Robertu və Məhmət Aureliu olacaqlar.
Aleks məşqçi kimi vətənində "Sau-Paulu"nun U-20 və "Avai" komandalarında çalışıb.
"Sambaçı" 2004-2012-ci illərdə "Fənərbağça"da 245 oyun keçirib, 136 qolla yadda qalıb.