5 klub 3-cü raundda, daha 6-sı bu gün bilinəcək - Konfrans Liqası

5 klub 3-cü raundda, daha 6-sı bu gün bilinəcək - Konfrans Liqası

Futbol üzrə UEFA Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 5 görüş keçirilib.

Bu gün daha 6 matç oynanılacaq.

Digər 38 qarşılaşma isə sabah baş tutacaq.

Azərbaycan təmsilçilərindən "Sumqayıt" cavab görüşünə bu gün, "Zirə" və "Sabah" sabah çıxacaq.


Avropa Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları

30 iyul


“Drita” (Kosovo) - “Breydablik” (İslandiya) 1:0 İlk oyun - 2:1

“Flora” (Estoniya) - “Virtus” (San Marino) 2:2 (pen., - 3:0) İlk oyun – 0:0

“Pünik” (Ermənistan) - “Struqa” (Şimali Makedoniya) 3:1 İlk oyun – 1:2

“Hamrun" (Malta) - “Ballkani” (Kosovo) 0:2 İlk oyun – 0:0

“Deçiç” (Monteneqro) - “Dinamo” (Batumi, Gürcüstan) 0:0 İlk oyun – 2:1


31 iyul

19:00. “Kliftonvill”(Şimali İrlandiya) - “Auda” (Latviya) İlk oyun – 2:1

21:00. “Fehervar” (Macarıstan) - “Sumqayıt” (Azərbaycan) İlk oyun – 2:1

21:00. “Hekken” (İsveç) - “Düdelanj” (Lüksemburq) İlk oyun – 6:2

22:30. “Austriya” (Vyana, Avstriya) - “İlves” (Finlandiya) İlk oyun – 1:2

22:30. “Spartak” (TRnava, Slovakiya) - “Sarayevo” (Bosniya və Herseqovina) İlk oyun – 0:0

22:45. “Mornar” (Monteneqro) – “Radniçki” (Serbiya) İlk oyun - 0:1