Nesta istefaya göndərildi
İtaliya A Seriyasında uğursuz çıxış edən "Monsa" baş məşqçisi Alessandro Nestanı istefaya göndərib.
Mediasport.az xəbər verir ki, 48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, komandaya bu ilin yayında gətirilmişdi.
"Monsa" geridə qalan 17-ci turdan sonra 10 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.