Mərakeş dünya çempionatı üçün yekun heyətini açıqlandı

Mərakeş dünya çempionatı üçün yekun heyətini açıqlandı

Qətərdə keçiriləcək Dünya çempionatında iştirak edəcək Mərakeş millisinin yekun heyəti müəyyənləşib.

mediasport.az xəbər verir ki, fransalı baş məşqçi Valid Reqragi mundiala 26 futbolçu ilə yollanacaq.

Afrika təmsilçisi F qrupunda Belçika, Kanada və Xorvatiya ilə mübarizə aparacaq

Qapıçılar: Əhməd Tanyauti (“Vidad Kasablanka”, Mərakeş), Yassin Bunu (“Sevilya”, İspaniya), Munir El-Kajui (“Əl-Vəhda", Səudiyyə Ərəbistanı)

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ, Fransa), Nusser Mazraui (“Bavariya”, Almaniya), Nayef Agerd (“Vest Hem”, İngiltərə), Roman Sayss (“Beşiktaş”, Türkiyə), Əşrəf Dari (“Brest”, Fransa), Cavad El-Yamik (“Valyadolid”, İspaniya), Yəhya Attiyat-Allah (“Vidad Kasablanka", Mərakeş), Badr Banun ("Qətər”, Qətər)

Yarımmüdafiəçilər: Sofyan Amrabat (“Fiorentina”, İtaliya), Əbdülhəmid Sabiri (“Sampdoriya”, İtaliya), Səlim Amalla (“Standard”, Belçika), Azz-Edin Unahi, Sofyan Bufal (hər ikisi “Anje”, Fransa), Bilal Əl-Hannus (“Genk”, Belçika), Yəhya Cəbrani (“Vidada Kasablanka”, Mərakeş), Hakim Ziyeş (“Çelsi”, İngiltərə), Amin Harit ("Marsel", Fransa)

Hücumçular: Abde Ezzalzuli (“Osasuna”, İspaniya), Zəkəriya Əbülhalal (“Tuluza”, Fransa), İlyas Şair (QPR, İngiltərə), Yusuf En-Nesiri (“Sevilya”, İspaniya), Valid Heddira (“Bari”, İtaliya), Əbdürrəzaq Həmdulla (“Əl-İttihad”, Səudiyyə Ərəbistanı).